23 noyabr 2024 at 13:27
Jurnalist kodu: 5564
Xəbər kodu: 85668203
T T
0 Persons

Təxt Rəvançi: Tehran və Ər-Riyad regionda sülh istəyir

23 noyabr 2024 at 13:27
Xəbər kodu: 85668203
Təxt Rəvançi: Tehran və Ər-Riyad regionda sülh istəyir

Tehran - İRNA - İranın xarici işlər nazirinin müavini Pekin razılaşmasının həyata keçirilməsində Çinin müsbət roluna diqqət çəkərək bildirib ki, İran və Səudiyyə Ərəbistanı regionda davamlı sülh və əmin-amanlığın bərqərar olunması üçün çalışırlar.

Məcid Təxt Rəvançi, “Əş-Şərq əl-Əvsət” qəzetinə verdiyi müsahibədə vurğulayıb ki, İran və Səudiyyə Ərəbistanı inkişaf etməkdə olan və sabit bir regionda davamlı sülh və əmin-amanlıq yaratmağa çalışır. Bunun üçün ikitərəfli regional əməkdaşlığın gücləndirilməsi və cari təhlükələrin azaldılması zəruridir. 

O, Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı bu ölkənin rəsmiləri ilə görüşdə vurğulayıb ki, İran və Səudiyyə Ərəbistanının fəaliyyəti regionun inkişafı, sülhü və təhlükəsizliyi kontekstində ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .